SİYASƏT


Aleksandr Çumakov: Heydər Əliyev respublikanı xaosdan qoruya bildi

Moskva, 12 dekabr, AZƏRTAC 

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində maşınqayırma, yüngül sənaye və nəqliyyat, mədəniyyət və təhsil sahələrinə rəhbərlik edərək Sovet İttifaqı üçün məsuliyyətli bir dövrdə mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri RF Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov söyləyib.

A.Çumakov qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan çox mürəkkəb hadisələrin mərkəzində olub. Ölkə üçün ağır bir vaxtda rəhbərliyə qayıdan Heydər Əliyev respublikanı xaosdan qoruya və digər ölkələrlə, ən başlıcası Rusiya ilə münasibətləri tez bir zamanda yoluna qoya bilib, bununla da bu gün də qurulan Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyub. O, böyük insan və həqiqətən də tarixi şəxsiyyətdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.