ELM VƏ TƏHSİL


Aleksandr İşşein: Rus dili Azərbaycanda geniş yayılıb VİDEO

Bakı, 5 oktyabr, AZƏRTAC

Rus dili Azərbaycanda geniş yayılıb. Ölkəmizin bir çox vətəndaşı bu dilin vasitəsilə rus mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış olurlar. Ən başlıcası isə dünya elminin nailiyyətlərini öyrənirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçısı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein deyib.

O bildirib ki, rus dili təkcə ədəbiyyatda deyil, ümumilikdə, humanitar elmlərdə də biliklərin artırılmasına kömək edir. Bununla əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən forum çox vacib hadisədir. Bu forumun keçirilməsi mədəniyyət sahəsində ölkəmizə göstərilən böyük marağın bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.