İDMAN


Aleksandr Lukaşenko: Belarus 2022-ci ildə UEFA Superkubok oyununa ev sahibliyi etməyə hazırdır

Minsk, 19 sentyabr, AZƏRTAC

Belarus 2022-ci ildə UEFA Superkubok oyununa yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko UEFA prezidenti Aleksander Çeferin ilə görüşündə deyib.

Prezident qeyd edib ki, əgər 2022-ci ildə UEFA-nın Superkubok oyununun Minskdə keçirilməsi barədə qərar qəbul olunarsa ölkəsi mötəbər idman tədbirinin yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcək.

Qeyd edək ki, Belarus Futbol Federasiyası 1993-cü ildən UEFA-nın üzvüdür. Cari ildə Minsk futbolun kütləviliyinin artırılmasına dair UEFA-nın konfransına ev sahibliyi edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.