DÜNYA


Aleksandr Lukaşenko: Belarusun daxili işlərinə kənar müdaxilələr var

Minsk, 25 iyun, AZƏRTAC

Belarusda prezident seçkiləri ərəfəsində ölkənin daxili işlərinə kənar müdaxilələr var.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu sözləri Prezident Aleksandr Lukaşenko bu gün kadr islahatları ilə bağlı qərarlarını şərh edərkən söyləyib.

Ölkədəki mövcud vəziyyətdən danışan A.Lukaşenko qeyd edib ki, internet saytlarında feyk xəbərlərlə hakimiyyəti nüfuzdan salmaq istəyirlər. Prezident bəzən belə saxta məlumatlardan təəccübləndiyini qeyd edib. "Bu gün mənə məlumat verildi ki, guya İsveçrədəki oğlumdan birinin 840 milyon dollar pulu var. Diplomatik kanallar vasitəsilə məktub göndərin: kim bu pulu almaq istəyir, qoy dərhal götürsün”, - deyə dövlət başçısı əlavə edib.

Belarus Prezidenti bu cür məlumatların, sadəcə, saxtalaşdırıldığına diqqət çəkərək bildirib ki, bank sənədlərindən anlayışı olmayan insanlar bu cür feyk xəbərlərə inanırlar. Bu cür yalan məlumatlar daim olacaq, bu cür hallara qarşı mübarizə aparmalıyıq.

Prezident qeyd edib ki, opponentləri ədalətli seçkinin keçirilməsini istəyirlər, lakin özlərini ədalətli aparmırlar. Bu cür qüvvələri xarici ölkələrdən idarə edənlər var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.