DÜNYA


Aleksandr Lukaşenko Belarusun yeni Baş Nazirini təyin edib

Minsk, 4 iyun, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni Baş Nazirini təyin edib.

AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə Roman Qolovçenko Belarusun yeni Baş Naziri təyin olunub. Buna qədər o, Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iyunun 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin buraxılması haqqında qərar verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.