DÜNYA


Aleksandr Novak: 2023-cü ildə “Akkuyu”dan enerji istehsalına başlanacaq

Bakı, 19 avqust, AZƏRTAC

Rusiyanın layihəsi əsasında Türkiyədə tikilən “Akkuyu” atom elektrik stansiyasından (AES) tam olaraq enerji istehsalına 2023-cü ildə başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, bu, layihənin gerçəkləşməsi üçün böyük bir mərhələ olacaq. Nüvə stansiyasının tikilməsi Rusiya-Türkiyə əlaqələrini möhkəmləndirəcək, beynəlxalq iqtisadi münasibətlər üçün də böyük töhfə olacaq.

Rusiyanın böyüyən və inkişaf edən Türkiyənin enerji tələbatını qarşılamaq üçün bütün dəstəyi verməyə hazır olduğunu deyən A.Novak birgə layihələrdə hər iki ölkənin də öz potensialından istifadə etdiyini, güclü olduğu sahələrdə bir-birinə dəstək olduğunu bildirib.

Nazir qeyd edib ki, Türkiyə “Akkuyu” AES layihəsində inşaat işlərinə bu il başlamağı qarşısına məqsəd qoyub. O, Türkiyənin G20 ölkələri arasında bərabər enerji mənbələrinə çatmaq və bərpaolunan enerji mənbələrini isə inkişaf etdirmək məqsədilə keçirilən tədbirlərdə etibarlı və davamlı enerjidə nəqliyyat məsələsində mühüm töhfə verdiyini deyib. Qeyd edib ki, Türkiyə ənənəvi enerji resurslarından yeni texnologiyalar ilə səmərəli istifadə edilməsinə önəm verir.

Qeyd edək ki, Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının təqviminə görə, “Akkuyu”nun ilk fazası 2023-cü il aprelin 22-də, ikinci faza 2024-cü il aprelin 22-də, üçüncü faza 2025-ci il aprelin 22-də və dördüncü faza isə 2026-cı il aprelin 22-də istifadəyə veriləcək.

Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in inşa edilməsi və istismarına dair Rusiya-Türkiyə hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 20 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.