DÜNYA


Aleksandr Novak Rusiya və Türkiyə liderlərinin danışıqlarının yekunları barədə məlumat verib

Moskva, 5 avqust, AZƏRTAC

Türkiyə Rusiya qazının bir hissəsinin dəyərini rublla ödəyəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, iki ölkə prezidenti bu barədə razılığa gəlib.

Bundan əlavə, liderlər Ukrayna taxılı və Rusiya ərzağının ixracına dair İstanbul sazişinin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri, o cümlədən “Türk axını” borusu ilə əlaqədar məsələlər müzakirə olunub. A.Novak bildirib ki, “Akkuyu” AES-in 2023-cü ildə istismara verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

A.Novakın sözlərinə görə, Soçi görüşündə maliyyə və bank sahəsində də razılıq əldə edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.