DÜNYA


Aleksandr Oxrimenko: Ukraynada hərbi vəziyyətin elan edilməsi ümumi daxili məhsulun azalmasına səbəb olacaq

Kiyev, 27 oktyabr, AZƏRTAC

Ukraynada hərbi vəziyyətin elan olunması ölkə iqtisadiyyatına mənfi təsir edəcək. Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Aleksandr Oxrimenko söyləyib.

Onun sözlərinə görə, əhali hərbi vəziyyət sözündən qorxur. Bunun nəticəsidir ki, yaranan təşvişə görə, ölkədə dollar alanların sayı artıb və bu da son bir sutkada valyuta məzənnəsində özünü göstərir.

Ekspert hesab edir ki, hərbi vəziyyətin elan edilməsi əhalinin aktiv fəaliyyətinə də mənfi təsir göstərəcək.

“Düşünürəm ki, bu cür vəziyyət bu ilin dördüncü rübündə Ukraynada ümumi daxili məhsulun azalmasına səbəb olacaq”, - deyə A.Oxrimenko əlavə edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının qərarı ilə noyabrın 28-dən etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində 30 gün müddətinə hərbi vəziyyət elan edilib. Bu barədə qərar Kerç körfəzində Rusiya silahlı qüvvələrinin Ukraynaya məxsus gəmilərə silahlı müdaxiləsindən sonra verilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.