İDMAN


Aleksandr Tarakanov: Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk

Bakı, 19 sentyabr, AZƏRTAC

Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Aleksandr Tarakanov sentyabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

Mütəxəssis qeyd edib ki, dəniz kənarında da məşqlərimiz olur. Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək.

Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var. Qurum oktyabrın 5-də baş tutacaq İcraiyyə Komitəsinin iclasında pandemiyanın inkişaf tempini nəzərə alaraq Serbiyada təşkil olunması nəzərdə tutulan dünya çempionatının taleyinə aydınlıq gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.