Aleksandr Vuçiç: Serbiya Ukraynada dağılmış şəhərlərin bərpasında iştirak edəcək
AzerTAg.az
Belqrad, 19 may, AZƏRTAC
Serbiya Ukraynada dağılmış şəhərlərin bərpasında iştirak etməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanın bu ölkədə yeni təyin olunan səfiri Volodimir Tolkaçın etimadnaməsini qəbul edərkən deyib.
A.Vuçiç Ukraynadakı vəziyyətdən təəssüfləndiyini və ölkəsinin Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini bildirib, Serbiyanın Ukraynada dağıdılmış şəhərlərin bərpasında iştirak edəcəyini vurğulayıb.
Ukraynadan olan mülki şəxslərin Serbiyada yaxşı qarşılandığını vurğulayan A.Vuçiç deyib: “Ukraynalı qaçqınlara Avropa İttifaqının qaydalarına uyğun olaraq, ən yaxşı şəkildə, hətta daha yüksək səviyyədə yaşamaq və işləmək icazəsi vermişik”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Xəbərin mətnində orfoqrafik səhv var