CƏMİYYƏT


Aleksandr Zvyagintsev: Azərbaycan BPA İcraiyyə Komitəsinin 45-ci iclasını yüksək səviyyədə təşkil edib VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

İlk növbədə, belə mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə azərbaycanlı həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Qeyd etməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunub. Əlbəttə ki, mükəmməl görülən bütün işlər daim xatırlanır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər buna nümunədir.

Bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 45-ci iclasında iştirak edən Rusiya baş prokurorunun sabiq müavini Aleksandr Zvyagintsev AZƏRTAC-a müsahibəsində deyib.

Ölkələrimiz arasında sıx münasibətlərin mövcud olduğunu vurğulayan A.Zvyagintsev qeyd edib: “Azərbaycan gündən-günə dinamik inkişaf edir, müasirləşir və gözəlləşir. Ölkəniz mədəniyyət paytaxtı da adlandırıla bilər. Xəzər dənizinin gözəlliyini isə xüsusi vurğulamaq istəyirəm. Mənim üçün bu səfər bir çox cəhətdən yaddaqalan olacaq. Azərbaycana səfər etmək, ölkənizin gözəlliyini görmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.