SİYASƏT
Aleksey Overçuk: Üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər
Moskva, 23 aprel, AZƏRTAC
Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu barədə jurnalistlərə əcnəbilərin RF-yə girişi üçün nəzərdə tutulan “COVID-19-suz səyahət” adlı mobil əlavənin təqdimatında bildirib.
O deyib: “Biz daim əlaqədəyik”.
Xatırladaq ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat və iqtisadi əlaqələrin nizama salınması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva