Aleksey Overçuk: “Xanoba” keçid məntəqəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində aparıcı rol oynayacaq
AzerTAg.az

Xaçmaz, 17 mart, AZƏRTAC
2022-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 4 milyard dollara qədər artıb. Bu o deməkdir ki, əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğurur. Biz hökumətlərarası komissiya çərçivəsində daim bu barədə diskussiya aparırıq, əməkdaşlığımızın daha da təkmilləşdirilməsi barədə düşünürük. Əlaqələrin möhkəmləndirilməsində səmimi səyləri görürük. Bu keçid məntəqəsinin açılması da konstruktiv, sülh təşəbbüslərin sübutudur.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Xanoba” sərhəd-keçid məntəqəsinin açılış mərasimində bildirib.
“Bu gün dünyada baş verən proseslər - qloballaşma, iqlim dəyişmələri, texnoloji və enerji keçidləri, bunlar hamısı yeni ticarət-iqtisadi əlaqələrinin yaranmasına gətirib çıxarır. Bu məntəqə bizim bu gün Azərbaycan və digər ölkələrlə birgə qurduğumuz Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində aparıcı rol oynayacaq. Əlbəttə ki, biz Azərbaycanla dəmir yolu infrastrukturunun inkişafını da müzakirə edirik. Biz Şimal-Cənub dəhlizinin elementlərinin birləşməyə başladığını göstəririk”, - deyə A.Overçuk bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var