REGİONLAR


Alessandro Frakassetti: Azərbaycanda dayanıqlı aqro-biomüxtəlifliyin mühafizəsi sahəsində layihələr reallaşdırırıq VİDEO

Hacıqabul, 12 oktyabr, C.Rüstəmov, AZƏRTAC

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi uğurla icra edilməkdədir. Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və BMTİP layihə komponentlərindən biri olan aqroturizmin ölkədə inkişafına dəstək məqsədi ilə bu gün “Nar vadisi” aqroturu təşkil edib. Biz BMT olaraq, Azərbaycanda dayanıqlı aqro-biomüxtəlifliyin mühafizəsi sahəsində layihələr reallaşdırırıq. Eyni zamanda, azərbaycanlı fermerlərə yerli bitkilərin və toxumların düzgün qiymətləndirilməsi sahəsində dəstək göstəririk.

Bunu Hacıqabulda nar təsərrüfatına təşkil olunan aqrotur zamanı AZƏRTAC-a açıqlamasında BMT İP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti söyləyib.

“Biz hazırda Azərbaycanda narçılığın inkişaf etdiyi rayonlardan birindəyik. Bura Bakıdan o qədər də uzaqda deyil. Biz bu layihə çərçivəsində yeniliyi, aqroturizmi və aqro-biomüxtəlifliyi təşviq edirik. Aqroturizm sürətlə inkişaf edən sahədir, ona görə də bu cür layihələri həyata keçirməyə qərar vermişik”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.