İQTİSADİYYAT


Alessandro Frakassetti: BMT-nin İnkişaf Proqramı dövlət və özəl sektorun birgə təşəbbüslərini dəstəkləyəcək

Bakı, 15 may, AZƏRTAC

BMT-nin İnkişaf Proqramı Azərbaycanda dövlət və özəl sektor arasında birgə təşəbbüsləri dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 15-də Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqunda BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti deyib.

“BMT-nin İnkişaf Proqramı dövlət və özəl sektor arasında birgə təşəbbüsləri dəstəkləməyə davam edəcək ki, bu da Azərbaycanda inklüziv inkişaf, bərpaolunan enerji, dövlət xidmətləri sektorunun təkmilləşdirilməsi, gənclər və gender kimi mühüm sahələrdə inkişafın sürətləndirilməsinə dəstək olacaq", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.