MƏDƏNİYYƏT


Alessandro Safina: “Jara” mükəmməl festivaldır

Bakı, 27 iyul, AZƏRTAC 

“Jara” festivalına dəvət aldığım üçün çox məmnunam. Konsert yüksək səviyyədə təşkil olunub. “Jara” mükəmməl festivaldır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, məşhur tenor Alessandro Safina deyib.

“Jara” festivalına artıq ikinci dəfə qatıldığını söyləyən A.Safina bu möhtəşəm musiqi bayramında Xalq Artisti Emin Ağalarovun inanılmaz təşkilatçılıq nümayiş etdirdiyini vurğulayıb: “Ümid edirəm ki, mən bu festivala bundan sonra da qatılacağam. Əsrarəngiz Müslüm Maqomayevdən “Sinyaya vecnost” mahnısını ifa etdim. Bu mahnı üzərində daha əvvəlcədən işləmişdim. Mən Rusiyanı İtaliya musiqisi ilə tanış etdiyi üçün Müslüm Maqomayevə minnətdaram”.

Yenidən Bakıdan olan tamaşaçıları ilə görüşmək istədiyini bildirən müğənni Bakı şəhərinin qədimliklə müasirliyin qovşağı olduğunu deyib: “Tarixən şəhərin ticarət yolu üzərində yerləşməsi hələ qədimdən Bakını turistlər, qonaqlar üçün cəlbedici edib. İçərişəhər nadir tarixi məkandır. Bu ornamentlər şəhəri daha da gözəlləşdirir, özünəməxsusluğunu artırır. Bakı dünyada unikal məkanlardan biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.