CƏMİYYƏT
Ələt-Astara avtomobil yolunda baş verən qəza nəticəsində üç nəfər həlak olub
Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisində Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.
Deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədi və xəsarət almış digər 3 nəfər çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:00-da başa çatıb.