İQTİSADİYYAT


Ələt–Kurık marşrutu ilə daşımaların xərcləri azaldılıb

Nur-Sultan, 2 iyun, AZƏRTAC

Ələt (Azərbaycan) – Kurık (Qazaxıstan) marşrutu ilə dəniz nəqliyyatı vahid daşımalarının xərcləri 1800 ABŞ dollarına endirilib. Qeyd edək ki, əvvəllər avtomobil nəqliyyatı vasitələri üzrə gediş və gəliş vahid tarifi 2400 ABŞ dolları təşkil edirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi məlumat verib.

2021-ci ilin birinci rübündə Qazaxıstan və Türkiyə ilə avtonəqliyyat daşımaları arasında müsbət dinamika müşahidə olunur və 283,3 min ABŞ dolları məbləğində 91,1 min ton yük nəql edilib. Artım 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40 faizdir (62,5 min ton).

Məlumatda bildirilir ki, tranzit-nəqliyyat əməkdaşlığının dinamik inkişafının ayrılmaz şərtlərindən biri də yerli daşıyıcıların beynəlxalq avtomobil yük daşımaları bazarında rəqabət qabiliyyətinin artırılması və xarici daşıyıcılarla bərabərhüquqlu paritet səviyyəsinin təmin olunmasıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.