CƏMİYYƏT


Ələt qəsəbə sakininin evindən marixuana aşkar edilərək götürülüb

Bakı, 15 oktyabr, AZƏRTAC

Ələt qəsəbə sakininin evindən marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində yaşayan V.Qarayevin evindən 481qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.