CƏMİYYƏT


Ələt qəsəbə sakininin evindən narkotik vasitələr götürülüb

Bakı, 28 oktyabr, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbə sakini S.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun evinə baxış zamanı 6 qramdan artıq heroin, 28 qrama yaxın metamfetamin, 5 qramdan çox tiryək və metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.