Ələt qəsəbəsində yaşayış binasının dam örtüyündə yaranmış təhlükə aradan qaldırılıb
AzerTAg.az
Bakı, 8 may, AZƏRTAC
Ölkə ərazisində əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı insanlar üçün təhlükə yaratması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını operativ olaraq götürərək təhlükəni aradan qaldırıblar.

Xəbərin mətnində orfoqrafik səhv var