SİYASƏT
Alev Kılıç: Ermənistanın nəhayət sağlam qərar verə biləcəyinə və sülhə gələcəyinə inanıram
Bakı, 28 sentyabr, AZƏRTAC
Paytaxt Bakıda və Azərbaycanda gördüyüm dəyişikliklər məni çox sevindirdi. Düşünürəm ki, bugünkü müzakirələr faydalı olacaq.
Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Bütün bunların günahkarı təbii ki, kənardan olan manipulyasiyalara uyan Ermənistandır. İnanırıq ki, Ermənistan nəhayət sağlam qərar verə biləcək və sülhə gələcək.
AZƏRTAC xəbər verir ki, bunu Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru türkiyəli diplomat Alev Kılıç sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda panel müzakirələrdə deyib.
Alev Kılıç bildirib ki, Cənubi Qafqaz əlverişli coğrafi mövqedə yerləşir və biz də bu regionun bir parçasıyıq. Sülh və davamlı inkişaf naminə səylərimizi birləşdirməli və yol xəritəmizi müəyyənləşdirməliyik.
O, konfransın işinə uğurlar arzulayıb.