İDMAN
“Alfa Romeo” 1983-cü ildən bəri ilk dəfə Formula 1 yürüşündə liderlik edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Formula 1 çempionatının yaxın günlərdə keçirilən Sinqapur Qran-Prisi “Alfa Romeo” komandası üçün əlamətdar olub. Komandanın italiyalı yürüşçüsü Antonio Covinatsi pit-stopu ləngitmə sayəsində yürüşün bir neçə dövrəsində liderlik edib.
AZƏRTAC xəbər verir ki, bu liderlik dövrələri “Alfa Romeo” üçün 1983-cü il mövsümündən başlayaraq birinci olub. O vaxt “Spa-Frankorşam” avtodromunda keçirilən Belçika Qran-Prisi zamanı Andrea de Çezaris bir müddət birinci olub. Üçüncü mövqedən start götürən italiyalı dərhal birinci yerə çıxıb, lakin mühərriklə problem ucbatından oyundan kənarlaşmalı olub. Beləliklə, “Alfa Romeo”nun nümayəndəsi 39 il ərzində ilk dəfə olaraq Formula 1 pelotonuna başçılıq edib.
Covinatsiyə gəlincə, o, Sinqapur Qran-Prisində “Renault” komandasının pilotu Daniel Rikkardo ilə toqquşmasına baxmayaraq, yekunda 10-cu yeri tutub.