İDMAN


“Alfa Romeo” Antonio Covinattsi ilə müqavilənin müddətini uzadıb

Bakı, 5 noyabr, AZƏRTAC

“Alfa Romeo” elan edib ki, Antonio Covinattsi ilə müqavilənin müddətini 2020-ci il üçün uzadıb.

Bu o deməkdir ki, gələn mövsümdə komandanın heyəti dəyişməyəcək. AZƏRTAC xəbər verir ki, onu əvvəlki kimi Kimi Raykkonen və Antonio Covinattsi təmsil edəcəklər.

Antonio Covinattsi deyib: “Mən 2020-ci ildə komandanın heyətində qalacağıma şadam. Formula 1-də çıxış etdiyim ilk mövsümdə mənə göstərilən inanılmaz dəstəyə görə təşəkkür edirəm. Komanda üzvlərinin hamısı mənim tərəfimdədir. Mən səbirsizliklə bu əməkdaşlığın davamını gözləyirəm.

Bu il biz çox şey öyrəndik. Əminəm ki, gələn mövsümdə irəliyə doğru böyük addım atacağıq. Daha debütant olmayacağam və özümə bəraət qazandıra bilməyəcəyəm. Mən mövsümün əvvəlindən rəqabət qabiliyyətli səviyyə nümayiş etdirmək və komandanın mənə göstərdiyi etimadı doğrultmaq istəyirəm”.

Komandanın rəhbəri Frederik Vasse deyib: “Antonio bu il işlərin öhdəsindən mükəmməl gəlib. Mən təsdiq etməyə şadam ki, o, 2020-ci ildə “Alfa Romeo”nun heyətində qalacaq. Antonio komanda ilə yaxşı dil tapıb və Formula 1-dəki birinci mövsümündə inkişaf edib. Biz onun bütün potensialını birgə iş prosesində açacağı günü səbirsizliklə gözləyirik.

Antonio sürətli pilotdur, amma onun Kiminin şəxsində güclü oriyentiri var. Mən onun texniki imkanlarının, iş etikasının və nikbinliyinin komandaya uğur qazandıracağına inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.