İDMAN


“Alfa Romeo” Kimi Raykkonen ilə əməkdaşlığı davam etdirmək istəyir

Bakı, 17 sentyabr, AZƏRTAC 

“Alfa Romeo”nun baş direktoru Frederik Vasser Kimi Raykkoneni 2021-ci il mövsümündə komandada saxlamaq istədiyini bildirib.

AZƏRTAC “Planet F1” portalına istinadla xəbər verir ki, o, “Ferrari”də bir neçə gənc pilotun olduğunu, ilk növbədə K.Raykkonenə ümid etdiklərini bildirib. F.Vasser əvvəlcə pilotun planlarını bilmək və daha sonra digər variantlara baxmaq istədiklərini də qeyd edib: “Bütün tərəflər qarşılıqlı əməkdaşlıqda maraqlıdırlarsa, onu davam etdirmək olar. Kimi Raykkonen kimi təcrübəli birini tapa bilmərəm. Bu onun üstünlüyüdür”.

Sonuncu yürüş – Formula 1 Toskana Qran-Prisində K.Raykkonen 9-cu yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.