İQTİSADİYYAT


Ali Ağaoğlu: Bu gün SOCAR istiqrazlarının sahibləri növbəti faiz ödənişlərini alıblar

Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Bu gün SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı konfransda SOCAR-ın qiymətli kağızlarla əməliyyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu deyib.

O qeyd edib ki, bu, SOCAR istiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. SOCAR istiqrazları hazırda Azərbaycanda ən populyar və kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağıza çevrilib. Daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon ABŞ dollar həcmində buraxılıb. Həmin il oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.