SİYASƏT


Əli Əhmədov: Çoxdan gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur

Bakı, 14 oktyabr, AZƏRTAC

Qəhrəman Azərbaycan Ordusu növbəti şanlı qələbəsi ilə xalqımıza yenə də sevinc və fərəh hissləri bəxş etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır. Çoxdan gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərimiz və müdrik Ali Baş Komandanımız ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar. Tarix isə onların adını qızıl hərflərlə öz səhifələrinə yazır. Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza! Qarabağ Azərbaycandır!”, - deyə Baş Nazirin müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.