Əli Əhmədov: İnanırıq ki, YAP gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər

Bakı, 1 fevral, AZƏRTAC
İnanırıq ki, Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfələrini verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov 2 fevral - Gənclər Günü münasibətilə YAP gəncləri ilə keçirilən görüşdə deyib.
Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin dövlətimizin başçısı İlham Əliyev olduğunu vurğulayan Əli Əhmədov deyib: “İnanırıq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər seçkilərdə YAP-ın namizədinin - Prezident İlham Əliyevin qələbəyə nail olması üçün öz töhfələrini verəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [16:19]
Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
- 19.06.2025 [16:00]
Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq
- 19.06.2025 [15:39]