SİYASƏT


Əli Əhmədov: Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir

Bakı, 27 sentyabr, AZƏRTAC 

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Milli Ordumuzun apardığı uğurlu əməliyyatlardan bəhs edən növbəti paylaşım edib. Paylaşımda deyilir: “İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir. Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.