İDMAN
Əli Əliyevin xatirə turnirindən 1 qızıl, 1 gümüş və 1 bürünc medal VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.
Turnirdə 65 kiloqram çəki dərəcəsində final görüşündə yığma komandamızın iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Məhəmməd Müslümov qızıl, Teymur Məmmədov gümüş medala yiyələnib.
Bürünc medalı isə Azərbaycan yığmasına 125 kiloqram çəkidə yarışan Əli İsayev qazandırıb.
Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]