ELM VƏ TƏHSİL


Ali Attestasiya Komissiyası: 9 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 33 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AAK-dan məlumat verilib. Bildirilib ki, iqtisad, texnika, aqrar elmlər, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub. Fizika, iqtisad, texnika və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçı elmlər doktoru diplomu alıb. Türkiyə Respublikasının Süleyman Dəmirəl Universitetinin Sosial Elmlər İnstitutu tərəfindən iqtisad elmləri üzrə və Ukraynanın Taras Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr verilib.

Tibb elmləri sahəsində 4, pedaqogika sahəsində 4, sənətşünaslıq sahəsində 3, texnika elmləri sahəsində 2, riyaziyyat sahəsində 2, filologiya elmləri sahəsində isə 1 iddiaçıya dosent attestatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.