ELM VƏ TƏHSİL


Ali Attestasiya Komissiyası: İddiaçılara diplomlar, attestatlar və şəhadətnamə təqdim edilib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatlar, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib.

AAK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə 9 elm sahəsi üzrə 23 nəfərə diplomlar, attestatlar və şəhadətnamə təqdim edilib. Fizika, tibb, filologiya, kimya, biologiya, tarix və hüquq elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 12 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb, fizika və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları, Ukrayna Respublikası Təhsil və Elm Nazirliyinin M.İ.Piroqov adına Milli Tibb Universitetində tibb elmləri doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə verilib.

Tarix elmləri sahəsində vətən tarixi ixtisası üzrə 3, tibb elmləri sahəsində cərrahlıq ixtisası üzrə 1 və texnika elmləri sahəsində yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı ixtisası üzrə 1 iddiaçı dosent attestatı, iqtisad elmləri sahəsində dünya iqtisadiyyatı ixtisası üzrə 1 iddiaçı isə professor attestatı alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.