İDMAN


Əli Babayev “Sumqayıt” futbol klubu ilə müqavilə imzalayıb

Sumqayıt, 9 iyul, AZƏRTAC

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonuncu mövsümü İsrailin “Hapoel Raanana” komandasında keçirən əslən azərbaycanlı Əli Babayev “Sumqayıt” ilə ikiillik müqavilə imzalayıb. O, “Sumqayıt” klubunda 99 nömrəli formada çıxış edəcək.

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız “Hapoel Raanana”da forma geyinib. İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə fərqlənən Əli Babayev sonuncu mövsümdə 19 rəsmi oyunda yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.