CƏMİYYƏT


Ali Burak Ersemiz: Məhərrəm ilə Siracın adına aldığım “Zəfər Media” medalı və mükafatını onların ailələrinə göndərirəm VİDEO

Ali Burak Ersemiz: Məhərrəm ilə Siracın adına aldığım “Zəfər Media” medalı və mükafatını onların ailələrinə göndərirəm
VİDEO

İstanbul, 13 oktyabr, AZƏRTAC

Müharibə dövründə tanış olduğumuz qardaşlarımız Məhərrəm İbrahimov ilə Sirac Abışov təəssüflər olsun ki, müharibədən sonra bölgəyə döşənən minanın partlaması nəticəsində şəhid oldular. Birinci Qarabağ müharibəsində çox sayda azərbaycanlı həmkarımız şəhid olub, bu müharibədə də iki jurnalist qardaşımızı itirdik. Mən “Zəfər Media” medalı və mükafatını Məhərrəm ilə Siracın adına aldım və mükafatlarımı onların ailələrinə göndərmək istəyirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Zəfər Media” medalına layiq görülən Türkiyənin “TV 100” televiziya kanalının əməkdaşı Ali Burak Ersemiz Azərbaycan mediasına açıqlamasında bildirib.

Mükafata görə minnətdarlığını bildirən jurnalist deyib: “Bu medalı almaq qürurvericidir. Hərbi müxbir olaraq biz insanların ağrısını dünyaya çatdırırıq. Bu ağrıları gördükdən sonra mükafata layiq görülmək insanda qarışıq hisslər oyadır. Azərbaycanda olduğumuz dövr ərzində işğalçı Ermənistan ordusunun terrorçu bir ordu kimi dinc əhaliyə qarşı hücumlarını gördük. Demək olar ki, Vətən müharibəsi dövründə mülki vətəndaşlara qarşı olan bütün hücumlarda oradaydıq. Cəbhə bölgəsində də olduq. Oradakı bütün Azərbaycan əsgərlərinin Vətən uğrunda ölməyə gülər üzlə getdiyini və mülki vətəndaşlara qarşı ermənilər tərəfindən edilən hücumları bütün dünyaya göstərdik. Hətta bu səbəbdən “TV 100”ün yutub kanalı ermənilərin müraciətinə görə uzun zaman bağlı qaldı. Lakin, həqiqət hər zaman həqiqətdir və 44 günlük Vətən müharibəsində böyük bir Zəfər əldə etdiniz. Buna biz də sizin qədər sevindik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.