Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Azərbaycan ilə Səudiyyə Ərəbistanını müştərək dəyərlər və qarşılıqlı faydalı əlaqələr birləşdirir VİDEO

Azərbaycan Prezidentinin köməkçisi bu sözləri “Əl-İxbariyyə” televiziyasına müsahibəsində deyib

Bakı, 4 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-İxbariyyə” televiziyasına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Səudiyyə Ərəbistanı Krallığı təxminən 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Krallıqla Azərbaycan arasındakı əlaqələri necə səciyyələndirirsiniz və perspektivləri necə görürsünüz?

-Dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında bir çox sahələri əhatə edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd etdiyiniz kimi, 1991-ci il dekabrın 30-da Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, 1992-ci ilin fevralında isə dövlətlərimiz arasında diplomatik əlaqələr qurulub. Ötən dövr ərzində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılıb, hökumətlər səviyyəsində müştərək komissiya yaradılıb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edim ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.

Münasibətlərimizin perspektivlərinə gəldikdə, düşünürəm ki, burada böyük potensial var. Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik. Əminəm ki, qarşıdan gələn dövrdə əlaqələrimizin daha da genişləndirilməsi və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün lazımi tədbirlər görüləcək.

-Azərbaycan Respublikası ilə münasibətlər məsələsi İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşün əsas mövzularından oldu. Görüş necə keçdi və Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolunu necə qiymətləndirirsiniz?

-İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail oldum. Həmçinin bildirdim ki, Azərbaycan Prezidenti və xalqı IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində onu ölkəmizdə görmək istəyirlər.

Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və İslam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib. Bu baxımdan ölkələrimizin əlaqələrini daha da dərinləşdirmək üçün böyük imkanlar var. Hesab edirəm ki, biz bu strateji vəzifəni reallaşdırmaq üçün çox iş görməliyik.

-Bu il əl-Cənadəriyyə festivalında iştirak etmək dəvətini almağınızı necə qiymətləndirirsiniz və Krallığın mədəni irsinin bir məkanda təcəssüm olunan rəngarəngliyini necə gördünüz?

-Ölkənizə səfərim və keçirdiyim görüşlərin, habelə iştirak etdiyim mədəni tədbirlərin əhəmiyyətini vurğulamaqla, Səudiyyə Ərəbistanı haqqında təəssüratlarımın çox yüksək olduğunu qeyd etmək istərdim. Dəvətə görə başda İki Müqəddəs Ocağın Xadimi olmaqla, Səudiyyə Ərəbistanının Hökumətinə, mədəniyyət və informasiya nazirinə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan nümayəndə heyətinin də əl-Cənadəriyyə festivalında iştirakı sevindirici haldır. Bu festivalda Krallığın zəngin mədəni irsinin, habelə Ərəb Səhrasında mədəni rəngarəngliyin şahidi oldum. Təəssüratlarım onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı İslam dünyasında təkcə dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biridir.

-Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün bir sıra sazişlər bağlanıb. Bu əməkdaşlığı necə görürsünüz və gələcəkdə bu, necə inkişaf etdirilə bilər?

- Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dərin, çoxşaxəli və güclü əlaqələr var. 1994-cü ilin iyulunda iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Sazişin imzalanması, sonrakı dövrdə ikitərəfli əlaqələrin inkişafını şərtləndirən hüquqi bazanın genişləndirilməsi, qarşılıqlı səfərlərin, təmasların intensivləşdirilməsi, dini, mədəni, tarixi dəyərlər arasında sıx bağlılıq, habelə liderlərimiz arasında xoş və səmimi münasibətlər Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında əlaqələrin bugünkü səviyyəsini və inkişaf perspektivini şərtləndirən başlıca amillərdir. Hesab edirəm ki, formalaşmış baza siyasi, iqtisadi və mədəni əlaqələrimizi daha da möhkəmləndirmək üçün etibarlı zəmin yaradır.

Qeyd edim ki, son illər Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli və xarici iş adamları üçün əlverişli biznes mühitinin inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Həmçinin Azərbaycanın iqlimi, coğrafi göstəriciləri, yaradılmış müasir turizm infrastrukturu, xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi və s. ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, bu və digər sahələrdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək üçün çox yaxşı potensial var.

Həmçinin bildirmək istərdim ki, 2015-ci ildə tarixdə ilk dəfə I Avropa Oyunlarını uğurla keçirən Azərbaycan bu il də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, həm də siyasi əhəmiyyət kəsb edən bu böyük idman bayramı dünyada İslam həmrəyliyinin təntənəsi olacaq, müsəlman ölkələri arasında mehriban münasibətlərin inkişafına xidmət edəcək.

-Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında neft sahəsində ortaq bir bəyanat var. Neft bazarının hazırkı durumunu necə qiymətləndirirsiniz və ölkəniz neft bazarının sabitləşməsi üçün hansı cəhdləri göstərir?

-Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı 1994-cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi”ndə iştirak edib və Krallığın Delta-Hess şirkəti müqavilədə 2,72 faiz paya sahib olub. 2012-ci ildə isə Azərbaycanın neft şirkəti olan SOCAR ilə Səudiyyə Ərəbistanının “Soroof International” şirkəti arasında neft-qaz sahəsində Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, qarşılıqlı səfərlər və enerji məsələləri ilə bağlı təmaslar bu sahədə ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edib.

Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Bu sahədə vəziyyətin tənzimlənməsində neft istehsal edən ölkələrin, xüsusilə OPEC üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan OPEC-in üzvü deyil. Bu təşkilata üzv və qeyri-üzv ölkələr arasında neftin qiyməti ilə bağlı razılaşma var. Ölkəmiz hesab edir ki, neft öz layiqli qiymətinə çatanadək OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında konstruktiv dialoq davam etməlidir.

-Prezident Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrini necə qiymətləndirirsiniz?

-Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk və cənab Donald Trampın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik. Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələr var. Bu əlaqələr beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə edir. Azərbaycan sülhməramlıları ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət edirlər. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik.

-Avropa ilə əlaqələriniz, Avropa İttifaqına qoşulmaq üçün səyləriniz barədə nə deyə bilərsiniz?

-Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurası ailəsinə töhfə verməkdə davam edir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı və onun təsisatları arasında davamlı və sıx əlaqələr var. Təkcə onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır.

Azərbaycanın Avropa İttifaqının üzvü olmaq barədə sualınıza gəlincə, qeyd edim ki, ölkəmiz Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır.

Əli Həsənov: Azərbaycan ilə Səudiyyə Ərəbistanını müştərək dəyərlər və qarşılıqlı faydalı əlaqələr birləşdirir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib