Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur

Əli Həsənov: Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur

Bakı, 22 iyul, AZƏRTAC

Bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və hazırda fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın yaranmasının 141-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışında deyib.

Azərbaycan milli mətbuatının növbəti ildönümü münasibətilə bütün media nümayəndələrini təbrik edən Əli Həsənov tarixə qısa ekskurs edərək deyib: “Milli mətbuatımız XIX əsrin ikinci yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu. İki ilə yaxın fəaliyyət göstərən və cəmi 56 nömrəsi işıq üzü görən bu qəzet Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri, Səid və Cəlal Ünsüzadə qardaşları, Məhəmməd Kəngərli kimi demokratik fikirli, saf əqidəli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafına mühüm töhfələr verdi, Azərbaycanda dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etdi, xalqın mədəni tərəqqisi, azərbaycançılıq ideyasının təşəkkülü uğrunda ciddi mübarizə apardı. Maarifçilik xüsusiyyətləri ilə seçilən qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini müəyyənləşdirərək məktəb səviyyəsinə yüksəldi”.

“Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “Fyüzat”, “Təzə həyat”, “Həqiqət”, “Tərəqqi” kimi qəzet və jurnalların, bu nəşrlərin redaksiyalarında çalışan görkəmli ziyalıların milli mətbuatımızın inkişafında, xalqımızın maariflənməsində əvəzsiz xidmətlərini vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib: “Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk”.

Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışan Əli Həsənov bildirib: “Müasir dövr jurnalistikamız ona görə ümummilli lider Heydər Əliyevi sevir və onun xatirəsini uca tutur ki, ulu öndər 1993-cü ildə - Azərbaycanın ən taleyüklü dövründə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı məsələlərini digər mühüm problemlərin həllindən ayırmadı, ona daim diqqət və qayğı göstərdi. Böyük strateq kimi, Heydər Əliyev hesab edirdi ki, qloballaşan dünyada, informasiya əsrində azad və güclü media olduqca böyük təsir imkanlarına malikdir, dövlətçiliyin formalaşması və inkişafına əvəzedilməz töhfələr verə bilər. Buna görə də Heydər Əliyev “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik Sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, milli mətbuatın inkişafı yolunda ciddi maneə olan senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuata dövlət dəstəyi sistemli və ardıcıl xarakter aldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu”.

Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab etdiyini xatırladan Əli Həsənov deyib: “1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə Sərəncam imzalandı”.

Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu media siyasəti və ənənələrinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Əli Həsənov bildirib: “Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2008-ci ildə imzalanmış “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə Azərbaycan Prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir. Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resursların monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir.

2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür və dövlətin artan maliyyə imkanları da bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratdı. Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter almışdır. 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi üçün 2005-ci, 2008-ci və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.

Prezident İlham Əliyevin jurnalistlərlə görüşdüyünü, onları qayğılandıran məsələlərlə maraqlandığını və qarşıda duran problemlərin həlli ilə bağlı vacib qərarlar qəbul etdiyini, jurnalistikanın inkişafı üçün dəyərli fikirlərini bölüşdüyünü və lazımi tövsiyələr verdiyini vurğulayan Əli Həsənov deyib: “Azərbaycan jurnalistikası cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, onun çağırışlarına əməli şəkildə dəstək verir. Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə cənab İlham Əliyevi “Jurnalistlərin dostu” seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar”.

Regionumuzda, dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb: “Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meyilləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsuslar ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını stimullaşdırır.

Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərlə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meyilləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, “Əkinçi” ənənələrinə sadiqliyinin təzahürüdür”.

Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Mən bütün jurnalistlərimizə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb