Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Bu gün Azərbaycan gəncliyinin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir [YENİLƏNİB] VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 63,5 min gənc ilk dəfə səs verəcək. Seçki günü 257 nəfərin 18 yaşı tamam olacaq. Hazırda Azərbaycan əhalisinin 60 faizindən çoxunu yaşı 35-dək olan gənclər təşkil edir. Bu gün gəncliyimizin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikir parlament seçkilərində gənclərin fəallığına dair oktyabrın 20-də gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən görüşdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən seçkilərdə gənclərin fəal iştirakından, ölkəmizdə dövlətçilik ənənələrinin inkişafında onların rolundan, yeni nəslin milli vətənpərvərlik ruhunda yetişməsinin vacibliyindən danışıb. O, Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində iştirakın vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Müstəqilliyin hər bir xalqın tarixində ən böyük nemət olduğunu qeyd edən MSK sədri Məzahir Pənahov seçkilərin ölkə həyatında mühüm rol oynadığını söyləyib. Bildirib ki, məhz bu baxımdan bir ölkənin həyatında qarışıqlıq yaratmaq istəyən bəzi qüvvələr ilk növbədə seçkilərdən istifadə etməyə çalışırlar. Dövlətin suverenliyinin gənc nəslin inkişaf səviyyəsindən də asılı olduğunu diqqətə çatdıran M.Pənahov bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinin hər bir ölkə üçün vacib rol oynadığını söyləyib. Parlament seçkiləri Azərbaycanın ictimai-siyasi mühiti üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də hər bir vətəndaş, xüsusən gənclər bu prosesdə fəal iştirak etməlidir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlar əldə etdiyini vurğulayan Məzahir Pənahov bildirib ki, builki seçkilərdə ilk dəfə səs verəcək gənclərin sayı 63 min 555 nəfərdir. Səsvermə günü 257 seçicinin 18 yaşı tamam olacaq. Gənclərin parlament seçkilərində fəal iştirak edəcəklərinə əminliyini ifadə edən MSK sədri bu prosesdə onlara uğurlar arzulayıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu görüşün ilk dəfə səs verəcək gənclərin xatirəsində daim qalacağını vurğulayaraq son illər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən birinin gənclər siyasəti olduğunu bildirib. Əli Həsənov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinə sahiblik etmək iqtidarına malik güclü gənclər ordusunun formalaşdığını deyib. “Bu gün Azərbaycan gəncliyi həm fiziki, həm mənəvi, həm də intellektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti çıxışlarında, gənclərlə bağlı görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir”, - deyə Əli Həsənov vurğulayıb.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində gənclərin mühüm rol oynadığını xatırladan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, könüllü kimi iştirak edən on mindən artıq gənc yarışların bütün ağırlığını digər qurumlarla çiyin-çiyinə verərək daşıdı. Avropa Oyunlarında formalaşmış könüllü gənclər ordusu bu gün istənilən sahədə avanqard hissə kimi öndə getməyə, digər gəncləri arxasınca aparmağa hazırdır. Bu gənclik göstərdi ki, Azərbaycanda dünya səviyyəsində rəqabət aparmaq gücündə olan gənclik formalaşıb.

“Bu gün gəncliyin əsas vəzifələrindən biri də seçkilərdə fəal iştirak etməkdir”, - deyən Prezidentin köməkçisi onların seçkilərlə bağlı geniş təbliğati və maarifləndirmə işləri aparmalarının, eləcə də ölkəmizdə seçkilərin demokratik şəraitdə keçirilməsinə maneçilik törətməyə çalışan qüvvələrə qarşı fəal olmalarının vacibliyini diqqətə çatdırıb: “Bu gün sosial şəbəkələrdə, yerli və beynəlxalq mətbuatda Azərbaycanda keçirilən seçkilər mövzusu aktuallaşmaqda davam edir. Seçki günü, ondan sonra nəticələrin elan olunması, “exit-poll” və sosioloji təhlillər aparan digər qurumların məlumatlarının müzakirəsi zamanı Azərbaycan gəncliyini fəallığa çağırıram. Gördüklərinizi şəbəkələrdə paylaşın, xaricdə və ölkə daxilində müzakirəyə çıxarın, Azərbaycanın bu illərdə formalaşdırdığı seçki praktikasının reallıqları, seçki modeli və seçki prosesini həyata keçirən institutların fəaliyyətini, bütövlükdə dövlətin bu sahədə iştirakı məsələlərini təhlil edin. Azərbaycanda seçkiləri saxtalaşdırmaq, onun keçirilməsi ilə bağlı mənfi rəy formalaşdırmaq istəyən yerli və xarici qüvvələrə müqavimət göstərin”.

Əli Həsənov, həmçinin dövlətçiliyin mühüm sütunlarından biri olan qanunverici orqanın formalaşdırılması prosesinə gənclərin şüurlu şəkildə geniş cəlb edilməsinin də əhəmiyyətini xüsusi vurğulayaraq, onları namizədlərlə görüşlərdə fəallıq göstərməyə çağıraraq deyib: “Namizədləri Azərbaycan cəmiyyətinin, gəncliyinin problemləri ilə tanış edin. Namizədlərdən öhdəliklər alın ki, onlar parlamentdə təmsil olunduqları təqdirdə gəncliyin problemləri fəaliyyətlərində əsas istiqamətlərdən birini təşkil edəcək”.

Hər beş ildə ölkəmizdə üç seçkinin keçirildiyini diqqətə çatdıran Prezidentin köməkçisi gənclərin dövlətçilik, vətəndaşlıq məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəcəklərinə, bu görüşdən sonra gənclər təşkilatlarının Azərbaycan gəncliyi, o cümlədən ilk dəfə səs verəcək şəxslər arasında geniş təbliğati işlər aparacağına əminliyini ifadə edib. “Prezident İlham Əliyev öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe məzən müəyyən dairələri narahat edir. Azərbaycanı istəməyən bəzi dairələr dövlətimizin siyasətinə, onun daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, Azərbaycan dövlətini qoruyaq, yaşadaq, bu dövlətə söykənərək xalqımızın maraqlarını təmin edək”.

Gənclər və idman naziri Azad Rəhimov ölkə həyatında mühüm rol oynayan parlament seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayaraq bu prosesdə gənclərin fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, ölkəmizdə 300-dən çox qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir və onlar öz sıralarında minlərlə gənci birləşdirir. Azərbaycanda gənclərin fəallığının artırılması istiqamətində mühüm tədbirlər, yeni layihələr həyata keçirilir. Parlament seçkilərində namizədlər arasında gənclərin sayının kifayət qədər çox olmasını sevindirici hal kimi qiymətləndirən Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan əhalisinin 66 faizini yaşı 35-dək olan gənclər təşkil edir. Bu baxımdan gənclərlə aparılan işlər, onları seçkilərdə fəal iştiraka cəlb etmək çox əhəmiyyətlidir. Məhz buna görə də Azərbaycanda ilk dəfə səs verəcək gənclərlə daim ardıcıl iş aparılır, müxtəlif təlimlər keçirilir. Gənclər təşkilatları bu təlimləri, təbliğat işlərini davam etdirməlidirlər.

Sonra gənclər təşkilatlarının təmsilçiləri çıxış ediblər.

Gənclər Fondunun Müşahidə Şurasının üzvü, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Nurxan Babayev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov çıxışlarında dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, əldə edilən nailiyyətlərdən danışıb, parlament seçkilərində gənclərimizin fəal iştirak edəcəklərini bildiriblər. Gənclər, həmçinin seçkilərdə fəallığın artırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar belə tədbirlərin regionlarda da keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Əli Həsənov: Bu gün Azərbaycan gəncliyinin əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub