Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Müasir jurnalistikanın inkişafı ilə bağlı strategiyamızı Azərbaycan milli mətbuatının ənənələri əsasında daha da təkmilləşdirəcəyik VİDEO

Bakı, 29 iyun, K.Əliyeva, P.İmanova, AZƏRTAC

İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun  iştirak etdiyi konfransın plenar iclasında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ölkəmizdə milli mətbuatın 140 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb.

Rektor 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik ideyalarını əsas tutduğunu vurğulayıb. Fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlərin də xidmətlərindən bəhs edən A.Məhərrəmov onların hər birinin Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb. Müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, KİV-lərin sərbəst fəaliyyətinə yaradılan şərait xüsusi vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müvafiq fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb. KİV nümayəndələrinin əksəriyyətinin BDU-nun yetirmələri olduğunu söyləyən rektor mətbuat işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın önəmindən danışıb. Bugünkü konfransın BDU-da keçirilməsinin təsadüfi olmadığını bildirən Əli Həsənov vurğulayıb ki, bu ali təhsil müəssisəsi hər zaman mətbuat sahəsinə verdiyi töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Yubiley tədbirlərinin dövlətimizin başçısının Sərəncamına müvafiq olaraq iyun-avqust aylarında keçiriləcəyini bildirən professor Əli Həsənov deyib ki, bu tədbirlərdə milli mətbuatımızın inkişaf tarixini gözdən keçirəcək, bu sahədə mühüm xidmətləri olan ziyalıları, jurnalistləri və tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda, Azərbaycan milli mətbuatının keçmiş ənənələrindən istifadə edərək müasir jurnalistikanın inkişafı ilə bağlı milli strategiyamızı, milli platformamızı daha da təkmilləşdirəcəyik. Gələcəyə ünvanlanan hər bir inkişaf taktika və strategiyası keçmişlə əlaqəni mütləq şəkildə nəzərə almalıdır.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan mediasının bugünkü inkişafı istiqamətində dövlətimizin yürütdüyü siyasət, onun mahiyyəti, ölkəmizdə KİV-lərin vəziyyəti və milli jurnalistikamızdan gözləntilər barədə fikirlərini diqqətə çatdırıb. Əli Həsənov bildirib ki, müstəqil Azərbaycan mediasının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Ulu Öndər 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Azərbaycanda media ilə bağlı bütün tənzimləyici dövlət mexanizmlərini, o cümlədən senzuranı ləğv edib.

Azərbaycanda jurnalistikanın inkişaf tarixindən danışan professor Əli Həsənov qeyd edib ki, Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə inkişaf etdirilib. AXC-nin təməli qoyulanda artıq media sahəsində Həsən bəy Zərdabi tək deyildi. Burada Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli kimi milli ziyalılar var idi. Sovet dönəmi isə Azərbaycan jurnalistikasının daha sürətlə formalaşması dövrü olub. Müstəqillik illərinin əvvəlində isə ictimai-siyasi, iqtisadi həyatımızda olduğu kimi, media sahəsində də böhran yaşandı. Eyni zamanda, müstəqillik dövründə müsbət ənənələrin də təməli qoyuldu ki, bunun da əsasında azad jurnalistika, onun nümunələri və metodologiyası formalaşmağa başladı.

Azərbaycan mediasının inkişafında, ilk növbədə, qanunvericilik sahəsindəki bir sıra vacib məsələləri diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında mətbuat, söz, ifadə azadlığı dövlətin təməl prinsiplərindən biri kimi təsbit olunub. Konstitusiyada söz, fikir və məlumat azadlığı hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV-lər üzərində senzuranın yolverilməzliyi hüququ cəhətdən əsaslandırılıb. Sonrakı dövrdə - 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2000-2001-ci illərdə bu qanun insan haqları və söz azadlığına dair Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılıb. Həmin dövrdə - mətbuatın ictimai özünütənzimlənmə qurumu - Azərbaycan Mətbuat Şurası yaradılıb, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı haqqında qanunlar qəbul olunub. Bütün bunlar milli mətbuatımızın inkişafında mühüm rol oynayıb.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət dəstəyindən danışan Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, 2001-ci ildən başlayaraq medianın maddi-texniki bazasının gücləndirilməsi, mətbuata dövlət yardımının artırılması sahəsində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çoxlu mühüm tədbirlər həyata keçirilib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və mətbuatın inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbul edilməsi ilə Prezident İlham Əliyev dövlətimizin mediaya göstərdiyi dəstəyi, yardımı sistemləşdirib və şəffaflaşdırıb. Bu gün Azərbaycan dövləti mətbuatın dayağına çevrilib və ona mütəmadi dəstək verir.

Müstəqil Azərbaycan mətbuatı ölkəmizin daxili informasiya tələbatını tam ödəyir, əhalinin informasiya almaq hüququnu, dövlət və vətəndaşlar arasında əlaqələndirici funksiyanı uğurla həyata keçirir. Bu gün Azərbaycan mediası Qərbin anti-Azərbaycan kampaniyasına lazımi şəkildə sərt cavab verir. Bu o deməkdir ki, Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə təmin etmək gücünə malikdir. Bu gün milli mətbuatımız ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyasına, böhtan xarakterli yazılara, subyektiv mülahizələrə layiqincə cavab verə bilir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyəti də ondan ibarətdir ki, KİV-lər mətbuatın sivil normaları əsasında fəaliyyət göstərsin. Jurnalistlərimiz unutmamalıdırlar ki, onlar xalqımızı, dövlətimizi təmsil edirlər. Onların gündəlik jurnalist fəaliyyətində Vətənə, dövlətə, dövlətçiliyə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir. Hər bir jurnalist xalqın, dövlətin təəssübünü çəkməlidir.

Biz milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı tədbirləri keçirərkən müasir dünyada baş verən prosesləri diqqətdən qaçırmamalıyıq. Bu gün regionda, yaxın və uzaq ölkələrdə xoşagəlməz hadisələr müşahidə olunur. Azərbaycanda isə möhkəm sabitlik, gözəl tolerant mühit vardır. Burada xalqlar, millətlər, dinlər arasında qarşılıqlı anlaşma, gözəl ab-hava var. Bu, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətdən qaynaqlanır. Bu siyasət sayəsində ölkəmiz sürətlə inkişaf edir. Bakı dünyanın ən gözəl şəhərinə çevrilib. Bu gözəlliyi Azərbaycana gələn turistlər heyranlıqla qeyd edirlər.

Qarşıda bizi parlament seçkiləri gözləyir. Növbəti illərdə beynəlxalq şahmat turniri, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa çempionatının oyunları Bakıda keçiriləcək. Azərbaycan ilk Avropa Oyunlarını çox yüksək səviyyədə keçirməklə sözün həqiqi mənasında tarix yazdı. Biz Avropa Oyunlarını keçirməklə xalqımızın mədəniyyətini, qonaqpərvərliyini, dövlətimizin genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək bacarığını dünyaya nümayiş etdirdik. Azərbaycan artıq böyük inkişaf yolundadır və biz bu yolla daim irəliyə gedəcəyik. Bu məsələdə medianın rolu çox önəmlidir.

Sonda professor Əli Həsənov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin yaranmasından, Həsən bəy Zərdabinin böyük xidmətlərindən, müasir mətbuat üçün yaradılan şəraitdən danışıblar.

Professor Şirməmməd Hüseynov bildirib ki, bu gün yalnız “Əkinçi”nin deyil, 140 illik tarixi olan milli mətbuatımızın bayramıdır. “Əkinçi” qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edən Ş.Hüseynov müasir dövrün informasiya əsri olduğunu xatırladıb.

Sonra mükafatlandırma mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Universitetin dostu” mükafatına layiq görülüb.

Bir sıra mətbuat orqanlarına isə “BDU-ya informasiya dəstəyi” mükafatı təqdim edilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Əli Həsənov: Müasir jurnalistikanın inkişafı ilə bağlı strategiyamızı Azərbaycan milli mətbuatının ənənələri əsasında daha da təkmilləşdirəcəyik VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək