Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Rusiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindən biridir

Əli Həsənov: Rusiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindən biridir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AZƏRTAC və “Novosti-Azerbaydjan” agentliklərinə müsahibəsi

- Əli müəllim, iyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayacaqdır. Bilmək istərdik, siz bu forumdan nə gözləyirsiniz?

- 2010-cu ildə yaradılmış Azərbaycan-Rusiya forumu iki ölkənin həyatında xüsusi yer tutmuş, özünün vacibliyini və səmərəliliyini sübut etmiş, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirmişdir.

Xoş və danılmaz faktdır ki, bu forum nisbətən qısa müddətdə regionlararası iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə edildiyi, müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-humanitar məsələlərinin və digər aspektlərinin müzakirə edildiyi mühüm məkana çevrilmişdir. Başqa sözlə, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi üzrə həm Azərbaycanda, həm də Rusiyada intensiv iş aparılır. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradır.

Mənim fikrimcə, əvvəlki forumlar kimi, beşinci forum da konstruktiv və işgüzar şəraitdə keçəcəkdir. Forumun geniş və maraqlı proqramı iştirakçılara ictimai-siyasi, ticari-iqtisadi, energetik və humanitar əməkdaşlığın fəallaşdırılması məsələlərini müzakirə etməyə, qarşılıqlı investisiyaların artırılması üzrə addımları müəyyənləşdirməyə, nəqliyyat infrastrukturu barədə söhbət aparmağa, bank işi sahəsində informasiya mübadiləsinə, turizm potensialının qiymətləndirilməsinə və s. imkan verəcəkdir. Bir sözlə, forumda əməkdaşlığın perspektivlərindən başlamış, qarşılıqlı fəaliyyətin mexanizmlərinə qədər bir çox məsələlər nəzərdən keçiriləcəkdir.

Xoş haldır ki, forum iştirakçılarının sayı ilbəil artır. Builki forumun iştirakçılarının və qonaqlarının sayı 500 nəfərə yaxın olacaqdır. Buraya prezident administrasiyalarının əməkdaşları, parlamentlərin deputatları, nazirlik, idarə və digər dövlət müəssisələrinin rəhbər işçiləri, yerli icra hakimiyyətlərinin başçıları, habelə işgüzar dairələrin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri daxildir. Yeri gəlmişkən, bu forumun təşkilatçıları Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq işləri iki ölkənin prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.

- Əli müəllim, icazə verin, Azərbaycan-Rusiya əlaqələri haqqında söhbətimizi davam etdirək. Siz müasir mərhələdə iki ölkənin qarşılıqlı münasibətlərini bütövlükdə necə səciyyələndirirsiniz?

- Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu işdə ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür. Məhz Ulu Öndər siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açılmışdır. Fərəhli haldır ki, müasir mərhələdə dövlətlərimizin başçıları – cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər.

Qeyd etmək yerinə düşər ki, Rusiya Prezidentinin keçən il Azərbaycana işgüzar səfəri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan vermişdir. Bu səfər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilmiş, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Görüşün yekunlarına əsasən iqtisadiyyat, energetika və humanitar sahələr üzrə altı saziş imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinin respublikamıza səfəri barədə danışarkən qeyd etmişdir ki, bu səfər münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir. Zənnimcə, burada şərhə ehtiyac yoxdur.

Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir.

- Adətən, ticari-iqtisadi əlaqələr əməkdaşlığın hərəkətverici amili olur. Hazırda Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əlaqələrin dinamikası necədir?

- Ölkələrimizin bu sahədə qarşılıqlı fəaliyyəti barədə danışarkən vurğulamaq istəyirəm ki, Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Müstəqillik illərində ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır. 2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır. Keçən il Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutmuşdur.

Azərbaycan ərazisində Rusiya kapitalı ilə 570 müəssisə fəaliyyət göstərir. Bu il iyunun əvvəlində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. Şübhəsiz ki, bu sənəd ölkələrimiz arasında uzunmüddətli iqtisadi əlaqələrin daha da inkişafına və dərinləşməsinə kömək edəcəkdir. Üstəlik, müştərək investisiya fondu yaradılması haqqında razılaşma vardır.

- Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir və sizin qeyd etdiyiniz kimi, iki ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edir. Ticari-iqtisadi sahədə baş verən müsbət prosesləri qeyd edərkən, ictimai-siyasi və humanitar sahələr barədə də danışmamaq olmaz...

- Bəli, bu, xüsusi mövzudur. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. 2010-cu ili xatırlamaq kifayətdir. O vaxt Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu forum beynəlxalq status almışdır. Əlamətdar haldır ki, Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və KİV əməkdaşları iştirak edirlər. Bu görüşlərdə müasir dövrün aktual problemləri müzakirə olunur.

Yəqin xatırlayırsınız, 2013-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz Bakıda keçirilmiş, foruma dünyanın 30 ölkəsindən 400-dən çox qonaq gəlmişdi. Həmin tədbir Rusiyanın bu nüfuzlu ali məktəbinin məzunu olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə təşkil edilmişdi.

Fikir verdinizsə, mən “Bakı” sözünü deyərkən bir neçə dəfə “birinci”, “ilk dəfə” sözlərini işlətdim. Bu sözlər demək olar ki, möhkəm bağlanmışdır. Özünüz fikirləşin, Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən I Beynəlxalq Rus Kitabı Festivalı məhz Bakıda təşkil edilmişdir. Postsovet məkanında ilk Rus Kitabı Evi Bakıda açılmışdır, burada bakılılar və şəhərimizin qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab məhsulları ilə tanış olmaq üçün gözəl imkana malikdirlər. 2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi etdi, görkəmli musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə topladı.

Bu cür mühüm tədbirlərin ilk dəfə məhz Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Axı bizim respublikamız polietnik və polikonfessional ölkə olmaqla, multikulturalizm sahəsində çox böyük təcrübəsi və zəngin mədəni-mənəvi irsi ilə həmişə başqa xalqlara və dinlərə, bütün dünyanın müxtəlif mədəniyyətlərinə münasibətdə tolerantlıq nümayiş etdirmişdir. Buna görə də tamamilə qanunauyğun haldır ki, Cənubi Qafqazda etnik rusların ən çoxu Azərbaycanda yaşayır. Onlar öz identikliyini və mədəniyyətini, özünəməxsus dil və dini xüsusiyyətlərini qoruyub saxlamışlar. Yeri gəlmişkən, mühüm bir məqamı qeyd etmək istərdim: Azərbaycanda rus kəndlərinin adları dəyişdirilməmişdir. Məsələn, İsmayıllı rayonunda məşhur İvanovka kəndi, Gədəbəy rayonunda Slavyanka, Masallı rayonunda Kalinovka, Quba rayonunda Alekseyevka, Vladimirovka və bir sıra başqa kəndlər vardır. Bu faktlar, şübhəsiz ki, yerli rus əhalinin tarixi yaddaşına hörmətlə yanaşıldığına dəlalət edir.

Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Əlamətdar haldır ki, böyük Puşkinin dili bu günə qədər Azərbaycanda öz mövqeyini itirməmiş, milli təhsil sistemindən sıxışdırılıb çıxarılmamışdır. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrinin və bu məktəblərdə təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 327 orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Ölkəmizin 27 universitetində tədris prosesi iki dildə aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Qeyd etmək yerinə düşər ki, son illərdə həm orta, həm də ali məktəblərdə rus bölməsinə qəbulun artması müşahidə olunur.

Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılmışdır, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri vardır. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Onu da qeyd etmək istəyirəm ki, “Bakinski raboçi” qəzetinə əlavə kimi Rusiya mətbuatının “Vesti iz Rossii” daycesti buraxılır.

Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur.

- Əli müəllim, müasir regionlararası əlaqələr yetərincə mürəkkəb inteqrasiya prosesidir. Bu proses iqtisadiyyat, sənaye, mədəniyyət, səhiyyə və başqa sahələri əhatə edir. Azərbaycan-Rusiya regionlararası əlaqələrinin inkişaf perspektivləri necədir?

- Rusiya ayrı-ayrı regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı vardır və o, xarici ölkələrlə, o cümlədən Azərbaycan ilə də birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur. Biz bu reallıqlardan çıxış edərək Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına böyük əhəmiyyət veririk.

Son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş vermişdir: regionların rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalmışdır, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşmışdır. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir.

Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilmişdir, 30 subyektlə hökumətlərarası sazişlər imzalanmışdır. Şübhəsiz ki, bu faktlar çox amillərə dəlalət edir.

- Yəqin ki, müştərək layihələrin həyata keçirilməsi də uğurlu regionlararası əməkdaşlıq üçün yaxşı amildir.

- Bəli, tamamilə haqlısınız. Heydər Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla həyata keçirilmişdir. Yəqin yadınızda olar, Həştərxanda 11 nömrəli orta məktəbin yenidən qurulması işləri aparılmışdır; Heydər Əliyevə abidə ucaldılmış, onun adını daşıyan park açılmış, “Meçta” uşaq əyləncə şəhərciyi yaradılmış, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan piyada körpüsü istifadəyə verilmişdir. Lap yaxın vaxtlarda isə burada müqəddəs mələksima Knyaz Vladimirə abidə ucaldılmışdır. Hazırda Heydər Əliyev adına məktəbin yaxınlığında uşaq bağçası inşa edilir. Dərin məmnunluq hissi ilə vurğulamaq istərdim ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini vermişlər – Həştərxan vilayətinin qubernatoru cənab Aleksandr Jilkinin Azərbaycana səfəri zamanı “Bakı-Həştərxan” parkının açılışı olmuşdur.

Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəhrəman şəhər Volqoqradda daha bir layihə həyata keçirilmiş – “Volqoqrad-Bakı” dostluq parkı salınmış, bu park qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilmişdir. Parkda ümummilli lider Heydər Əliyevin barelyefi, habelə xatirə abidələri qoyulmuş, bu abidələrin üzərində Stalinqrad döyüşünün qəhrəmanlarının, o cümlədən Azərbaycanın görkəmli oğulları – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı mayor Xıdır Mustafayevin adları əbədiləşdirilmişdir.

Azərbaycan Ulyanovsk şəhərindəki Nəriman Nərimanov meydanını yenidən qurmağı planlaşdırır. Ulyanovsk sakinləri isə “Milli kənd” layihəsi çərçivəsində Azərbaycan həyəti qurmağa hazırlaşırlar. Yeri gəlmişkən, Rusiyanın bu şəhərində də Heydər Əliyevə abidə qoyulmuşdur. Tezliklə Ulyanovsk məktəblərindən birinə Azərbaycanın Ümummilli Liderinin adı veriləcəkdir. Əlbəttə, bu, görülən və görüləcək işlərin heç də tam siyahısı deyildir.

Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox böyük rol oynamışdır. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır, dahi babası, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Rusiya münasibətlərinə həmişə çox böyük əhəmiyyət verən Heydər Əliyevin işini layiqincə davam etdirir.

Sonda qeyd etmək istərdim ki, qarşıda çox maraqlı ideyalarımız və layihələrimiz vardır. Biz müxtəlif sahələrdə imkanlarımızdan və potensialımızdan istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır