CƏMİYYƏT


Əli Hüseynli: Azərbaycan narkomaniya ilə mübarizə istiqamətində bütün beynəlxalq konvensiyalara qoşulub

Bakı, 6 iyul, AZƏRTAC

Tam əminliklə demək olar ki, Azərbaycan narkomaniya ilə mübarizə istiqamətində bütün beynəlxalq konvensiyalara qoşulub. Dövlətin siyasətinə uyğun olaraq hüquq-mühafizə orqanları, polis bu bəla ilə mübarizədə adekvat fəaliyyət göstərirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyulun 6-da yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı analitik hesabatın təqdimatı zamanı söyləyib.

Onun sözlərinə görə, elə məsələlər var ki, narkomaniya ilə mübarizədə qanunla tam tənzimlənməyib.

“Uşaqlarımızı və gənclərimizi sosial şəbəkələr vasitəsilə zərərli vərdişlərdən çəkindirmək bizi narahat edən məsələdir. Narkomaniya ilə birlikdə mübarizə daha çox səmərə verir. İdmanın kütləviliyi artırılmalı, sağlam həyat tərzi vərdişləri aşılanmalıdır”, - deyə Əli Hüseynli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.