SİYASƏT


Əli Hüseynli: Moskva konfransında Azərbaycan-Rusiya strateji  əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulandı

Moskva, 14 sentyabr, AZƏRTAC

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib.

Komitə sədri deyib: “Tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar. Bugünkü konfrans da məhz onların təşəbbüsü ilə keçirilib. Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu. Bir daha qeyd olundu ki, Azərbaycan və Rusiya strateji əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın Cənubi Qafqazda strateji vacib ölkə, Prezident İlham Əliyevin güclü lider olduğu vurğulandı”.

Ə.Hüseynlinin sözlərinə görə, konfransda çıxış edənlər belə bir ümumi rəy söylədilər ki, regionda heç bir siyasi, iqtisadi, mədəni layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Rusiya kimi böyük dövlət Azərbaycanın suverenliyinə hörmətlə yanaşaraq onun nüfuzundan bəhrələnir. Ölkələrimiz arasında əməkdaşlıqda Ümumrusiya Azərbaycan Konqresinin rolu bir daha konfrans iştirakçılarının diqqətə çatdırıldı. Azərbaycan diasporu iki xalq arasında körpü rolunu oynayır. Rusiyanın da tanınmış xadimləri konqresin fəaliyyətinin bərpasını dəstəklədilər”, - deyə Milli Məclisin komitə sədri bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.