DÜNYA


Əli Kardor: İran hazırda sutkada 3,95 milyon barrel xam neft hasil edir

Bakı, 23 avqust, AZƏRTAC

İranın xam neft istehsalının həcmi sutkada 3,95 milyon barrel təşkil edir.

AZƏRTAC “isna.ir”yə istinadla xəbər verir ki, bunu İranın neft nazirinin müavini Əli Kardor deyib. O bildirib ki, İran hazırda gündəlik 2,2 milyon barrel neft ixrac edir.

“İran Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirir”, - deyə nazir müavini bildirib.

Xatirladaq ki, Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.