CƏMİYYƏT


Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Ali Məhkəmədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib və onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

Ali Məhkəmənin sədri bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qəhrəman zabit və əsgərlərimizə şəfa və ailələrinə səbir diləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.