CƏMİYYƏT


Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı, 17 sentyabr, AZƏRTAC 

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Lənkəranda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Lənkəran Ağır Cinayətlər Məhkəməsində (ünvan: Lənkəran şəhəri, Bakı-Astara şosesi, Göyşaban kəndi) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.