CƏMİYYƏT


Ali Məhkəmənin sədri Masallıda vətəndaşları qəbul edəcək

Bakı, 16 may, AZƏRTAC

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev mayın 20-də Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 7) saat 10:00-da başlanacaq.

Vətəndaşlar qəbula Masallı və Cəlilabad rayon məhkəmələrində (əlaqə telefonları: (050) 529-12-03 və (051) 644-95-05), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.