CƏMİYYƏT


Ali Məhkəmənin sədri: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı hüquqi islahatlar həyata keçirilir

Bakı, 17 aprel, AZƏRTAC 

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” aprelin 17-də imzaladığı Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir. Dövlətimizin başçısının imzaladığı Fərmanda əksini tapan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin edilməsi, həmçinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün hər bir məhkəmə sədrinin, həmçinin ədalət mühakiməsini həyata keçirən hakimlərin üzərinə mühüm vəzifələr düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.