CƏMİYYƏT
Ali Məhkəmənin sədri və kollegiya sədrləri Şirvanda, Saatlıda, Sabirabadda vətəndaşları qəbul edəcəklər
Bakı, 12 iyun, AZƏRTAC
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Şirvanda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Saatlıda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Sabirabadda vətəndaşları qəbul edəcəklər.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Şirvan Apellyasiya Məhkəməsində (ünvan: Şirvan şəhəri, Naxçıvan küç., 3), Saatlı Rayon Məhkəməsində (ünvan: Saatlı şəhəri, H.Aslanov küç., 1), Sabirabad Rayon Məhkəməsində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti, 69) saat 10:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şirvan Apellyasiya Məhkəməsində, Saatlı Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.