SİYASƏT
Ali Onaner: Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm VİDEO
Paris, 29 may, AZƏRTAC
Azərbaycanın Müstəqillik Gününü birlikdə qeyd etmək üçün Mədəniyyət Mərkəzinə toplaşmışıq. Azərbaycan xalqını, Parisdəki azərbaycanlı qardaş-bacılarımızı bu bayram münasibətilə təbrik edirəm.
Bu fikirləri Azərbaycan Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş ziyafətdə Türkiyənin Fransadakı səfiri Ali Onaner AZƏRTAC-a müsahibəsində deyib.
“Türkiyənin Fransadakı səfiri qismində bu gün Parisdə qardaş Azərbaycanın Müstəqillik Gününü azərbaycanlılarla birlikdə qeyd etməkdən qürur və məmnunluq duyuram”, - deyə Ali Onaner bildirib.
Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan Fransada daha yaxından tanıdılmalıdır. Bu istiqamətdə qardaş Azərbaycanla birlikdə çalışmaqdan, fəaliyyət göstərməkdən çox məmnundur və buna böyük önəm verir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris