SİYASƏT
Ali Radanın vitse-spikeri: Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyirik
Bakı, 28 sentyabr, AZƏRTAC
Beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, o cümlədən ərazi bütövlüyünün bərpası üçün hər hansı imkandan istifadə edilməsi nəzərdə tutulur. Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk söyləyib.
O qeyd edib ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn tələblərinə, suverenlik və ədalət prinsiplərinə əsaslanır.
R.Stefançuk deyib: “Bizim ərazi bütövlüyümüz də separatizmdən əziyyət çəkir. Bu mənada biz dost Azərbaycanın bu ağrılı problemini yaxşı başa düşürük. Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, ərazi bütövlüyünün pozulmasını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik”.