İDMAN
Əli Rəhimzadə ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib olub
Bakı, 20 aprel, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də oyundan kənarlaşdıran Ə.Rəhimzadə adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş olduqca maraqlı alınıb. Ə.Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib.
Güləşçimiz üçüncü yer uğrunda görüşdə Andrey Sviridi (Ukrayna) məğlub edib və ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]